“Baku Fires” və “Puerto Riko Hurricanes” boksçuları arasında qarşılaşma başlayıb

“Baku Fires” və “Puerto Riko Hurricanes” boksçuları arasında qarşılaşma başlayıb
19:48 21 Fevral 2015
188 İdman
Ölkə mətbuatı
A- A+


Quba, 21 fevral, Elxan Yusifli, AzərTAc
Quba Olimpiya İdman Kompleksində “Baku Fires” boks komandası ilə “Puerto Riko Hurricanes” kollektivi arasında qarşılaşma başlayıb.
AzərTAc xəbər verir ki, Dünya Boks Seriyası (WSB) Liqasının 6-cı turu çərçivəsində keçirilən görüşdə ilk döyüş Elvin Məmişzadə (52 kq, “Baku Fires”) və Xavyer Çintron Okasio (“Puerto Riko Hurricanes”) arasında keçirilir.
Növbəti döyüşlərdə Albert Səlimov (60 kq) Angel Lopes, Pərviz Bağırov (69 kq) Flaz Niklaus, Soltan Migitinov (81 kq) Cozef Laboy, Arslanbek Mahmudov (91 kq-dan yuxarı) isə Enrike dos Santos Nasimento ilə qarşılaşacaq.
Puerto Riko komandası ötən turda səfərdə “Astana Arlans”a 0:5 hesabı ilə uduzub.
Dünya Boks Seriyasının V mövsümündə 16 komanda iki qrupda mübarizə aparır. Azərbaycan komandası B qrupunda “İtalia Thunder”, “Astana Arlans”, “Argentina Condors”, “Caciques Venezuela”, “Puerto Rico Hurricanes”, “Rafako Hussars Poland” və “USA Knockouts” klubları ilə yarışır.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baku_Fires_ve_Puerto_Riko_Hurricanes_bokschulari_arasinda_qarsilasma_baslayib-834001

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR