Sloveniya parlamentinin yuxarı palatasının sədri Azərbaycana səfər edəcək

Sloveniya parlamentinin yuxarı palatasının sədri Azərbaycana səfər edəcək
20:08 21 Fevral 2015
58 Ölkə
Ölkə mətbuatı
A- A+


Lyublyana, 21 fevral, AzərTAc
Sloveniya parlamentinin yuxarı palatası - Milli Şuranın sədri Mitya Bervarın başçılığı ilə nümayəndə heyəti martın 3-dən 5-dək Bakıda səfərdə olacaq.
Azərbaycanın Avstriya, Sloveniya və Slovakiyadakı səfirliyinin məlumatına görə, Milli Məclisin sədri Oqtay Əsədovun dəvəti ilə baş tutacaq səfərin məqsədi iki ölkənin parlamentləri arasında siyasi, iqtisadi və humanitar əlaqələrin daha da genişləndirilməsidir. Səfər çərçivəsində sloveniyalı parlamentarilərin azərbaycanlı həmkarları ilə avrointeqrasiya və digər mühüm məsələlər ətrafında müzakirələri nəzərdə tutulur. Bundan başqa, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin Avropa parlamentləri və ictimaiyyəti vasitəsilə dünya birliyinə daha geniş şəkildə çatdırılması yolları barədə fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, Sloveniya Milli Şurası bu il yanvarın 15-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin maraqlarına uyğun olaraq müvafiq qərar qəbul edib. Həmin qərar Sloveniya hökuməti tərəfindən də dəstəklənib.
Səfər çərçivəsində Azərbaycan-Sloveniya parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşün keçirilməsi də nəzərdə tutulur. Görüşdə dostluq qrupunun 2015-ci il üzrə birgə fəaliyyət planı müzakirə ediləcək.
Sloveniya nümayəndə heyətinin Bakıda Azərbaycan-Sloveniya Biznes Alyansının inzibati binasının açılışında, eləcə də “Sloveniya günləri”ndə iştirakı da nəzərdə tutulur.
Elgün Niftəliyev
AzərTAc-ın xüsusi müxbiri
Vyana

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sloveniya_parlamentinin_yuxari_palatasinin_sedri_Azerbaycana_sefer_edecek-834006

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR