Bakıda 3 evdən oğurluq edən şəxslər tutulublar.

Milli.Az bu barədə DİN-in rəsmi saytına istinadən məlumat verir.

Məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-dən aprelin 7-dək olan müddətdə 3 evdən məişət əşyaları oğurlayan rayon sakini Əlizaman İbrahimov və Gədəbəy rayon sakini Musa Bayramov tutulublar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az