Siqnal səsinə hirslənən fil avtomobilin üstünə çıxdı (FOTO)

Siqnal səsinə hirslənən fil avtomobilin üstünə çıxdı (FOTO)
18:06 2 Yanvar 2015
126 Digər
Ölkə mətbuatı
A- A+

Taylandın Khao Yai Milli Parkında qeyri-adi hadisə yaşanıb.

ANS PRESS-in məlumatına görə, parkda yola çıxan fil qarşıdan gələn avtomobilin siqnal səsinə qəzəblənərək onun üstünə çıxıb.

Belə ki, sürücü filin yoldan tez keçməsi üçün 3-4 dəfə siqnal verib. Siqnal səsindən hirslənən fil maşının üstünə yeriyib. Qabaq ayaqları ilə avtomobilin üstünə çıxan fil daha sonra dişləri ilə ona zərbələr endirib. Hirsi yatan fil daha sonra yoluna davam edib.

Avtomobil isə yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən sürücü vəziyyətdən xəsarətsiz ötüşə bilib.

Park rəhbərliyi isə baş verən hadisədə sürücünü günahlandırıb. Parka gələn insanların heyvanlara hörmət göstərməyə çağırıb. Və parkda yerləşdirilən məlumatlandırma lövhəsində yazılanlara əməl etməyə səsləyib.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=317479

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR