Bu gün müğənni Elçin Cəfərovun toyudur.

Axşam.az-ın məlumatına görə, ifaçı keçmiş millət vəkili Sabir Rüstəmxanlının qızı ilə ailə qurur.

Elçin və Aydanın toyu “Meridian Park”da baş tutacaq.

Qeyd edək ki, cütlüyün qız toyu aprelin 15-də olmuşdu.