Bu gün müğənni Elçin Cəfərovun toyudur.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı keçmiş millət vəkili Sabir Rüstəmxanlının qızı ilə ailə qurur.

Elçin və Aydanın toyu "Meridian Park"da baş tutacaq.

Qeyd edək ki, cütlüyün qız toyu aprelin 15-də olmuşdu.

Milli.Az