Əli Həsənov: Xocalı soyqırımının günahkarları beynəlxalq hüquq qarşısında cəzalarını almalıdırlar

Əli Həsənov: Xocalı soyqırımının günahkarları beynəlxalq hüquq qarşısında cəzalarını almalıdırlar
23:38 21 Fevral 2015
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyə, Ankara, 21 fevral /Trend,müxbir Rufiz Hafizoğlu/

“Xocalı soyqırımı ilə bağlı tədbirlərin keçirilməsində əsas məqsəd ondan ibarətdir ki, biz gerçəklikləri dünyaya çatdırmaq istəyirik”. Trend-in məlumatına görə, bunu şənbə günü Ankarada Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar keçirilən "Empathy 2015" adlı tədbirdə çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

PA rəsmisi bildirib ki, bu cür tədbirlərin bir qismi Azərbycan dövləti tərəfindən, digər qismi isə bu ölkələrdə yaşayan Azərbaycan və Türkiyə diasporaları tərəfindən həyata keçirilir.

Ə.Həsənov deyib ki, Xocalı soyqırımı ilə bağlı keçirilən builki tədbirlər həm də qondarma “erməni soyqırımı”nın yüz illik tədbirləri ilə üst-üstə düşdüyündən, Türkiyə və Azərbaycan diasporları birlikdə bu tədbirləri keçirirlər: “Bizə ünvanlanmış yalanları ifşa etmək istəyirik və Xocalı soyqırımınn gerçəkliklərini, reallıqlarını dünyaya çatdırmaq istəyirik”.

PA rəsmisi qeyd edib ki, 23 il bundna qabaq ermənilərin törətdiyi vəhşilikləri, insanlıq əleyhinə olan günahları dünyaya çatdırmaq lazımdır: “Məqsəd də ondan ibarətdir ki, bu hadisənin səbəbkarları, onu törədənlər, bütün dünyaya bəlli olsun və bunun günahkarları beynəlxalq hüquq qarsında öz cəzalarını aslınlar”.

Ə.Həsənov deyib ki, Azərbaycan bunları etməklə, Ermənistandan qisas almaq istəyində deyil: “Biz qisasçı olmamışıq. Bundan sonra da olamayacagiq. Amma hər bir hadisəni törədən öz məsuliyyətini dərk etməlidir və törətdiyi hadisənin beynəlxalq hüquq qarşısındakı yükünün məsuliyyətini bilməlidir”.

Qeyd edək ki, tədbirə Azərbaycan və Türkiyənin dövlət məmurları, millər vəkilləri və QHT nümayəndələri olmaqla 300 nəfərdən çox iştirakçı qatılıb.

Ankarada keçirilən tədbirin əsas məqsədi Ermənistanın qondarma “soyqırımı” iddiaları qarşılığında Azərbaycan və Türkiyənin birgə yaşadığı acıları dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2366855.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR