“ATV maqazin onlarla” verilişinin “Hit parad” rubrikasının qonağı müğənni Samir Piriyev olub.
Axşam.az-ın məlumatına görə, sənətçi ilk olaraq həmkarı Elton Hüseynəliyev və Natavan Həbibinin duetini hit-paraddan uzaqlaşdırıb. O, mahnının köhnə olduğunu deyib:
“Elton silkələnsin və yeni mahnı oxusun. Məndən inciməsinlər, amma uzaqlaşdıracam. Eltonla problem yaşamaq istəmirəm, üz-üzə gələndə görüşürəm də... Amma mahnı köhnədir”.
S.Piriyev Elnarə Xəlilovanın onun mahnısı haqda dediyi “şablon və banal” ifadələrə cavab verib və onu onuncu yerə layiq görüb:
“Elnarə Xəlilova deyəndə, o illər yadıma düşür. İndi onun adı gələndə heç bir hit mahnı görmürəm. Mənim haqqımda dedi ki, “banal” mahnılar oxuyur. Amma yadına salım ki, özü “Mənim ürəyim sənindir sənindir” oxuyurdu. Gəlib onun balalarının toyunda “banal” mahnılarımı oxuyacam. Doqquzuncu yerə Elza Seyidcahanı layiq görürəm”.
S.Piriyev səkkizinci yerə layiq gördüyü Günay İbrahimlinin mahnısını bəyənmədiyini söyləyib:
“Çox iddialı gəldi, mahnıları hit oldu. Amma bu sonuncu oxuduğu mahnı hit olmadı. Yeddinci pilləyə isə Nura Surini layiq görürəm”.
Müğənni altıncı pilləyə uşaqlıq dostu Zamiq Hüseynovu layiq görüb. O, həftənin əlaçısı “Meyxananın ürəyi” adlandırdığı Namiq Qaraçuxurlunu edib.
S.Piriyev əməkdar artist Tünzalə Ağayevanı dördüncü yerdə qərarlaşdırıb.
Elşad və Elmiri üçüncü yerə layiq görən samir bunu övladlarına görə etdiyini bildirib. O, qızı Fərəhin bu dueti çox bəyəndiyini söyləyib.
S.Piriyev Natavan Həbibinin “Anlayamadım”ını ikinci edib:
“Natavana hansı mahnını versən onu gözəl təqdim edəcək. Onda bu istedad var”.
İfaçı hid-paradın birincisi xalq artisti Zülfiyyə Xanbabayevanı etdiyini bildirib:
“Zamanında onun bekvokalçısı olmuşam. Çox əlçatmaz və sadə insandır. İldə bir mahnı oxuyar və yadda qalar. Nə oxuyub hit olub”.
Eltonu uzaqlaşdırdı, Günayın mahnısını bəyənmədi - video
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Aktrisa evini 1,7 milyon dollara satdı
axsam.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Tünzalə Ağayevanın duetindən rekord nəticə - 2 milyon oldu
12 Noyabr 2026
·
20:34
Nərmin “Atabarı”nı yeni aranjimanda təqdim etdi - VİDEO
09 Noyabr 2026
·
20:19
Serdar Ortaç Tarkana söz atdı: “Popun kralı mənəm”
09 Noyabr 2026
·
19:44
Aygün Kazımovadan Namiqlə bağlı paylaşım - FOTO
09 Noyabr 2026
·
13:21
Top xəbərlər
Layihələr
Son xəbərlər
Hörmüzdə bir həftədə 25-dən çox tanker vurulub
Bu gün
·
17:52
Göyçayda 63 yaşlı müəllim vəfat etdi
Bu gün
·
17:36
Pezeşkian: Qeyri-müəyyənlik ölkəyə zərər vurur
Bu gün
·
17:23
“Neftçi” səfərdə qalib gələrək liderliyə yüksəldi
Bu gün
·
16:58
Bakıda hava meteohəssas üçün əlverişsiz olacaq
Bu gün
·
16:44
Bakıda bəzi ərazilərə giriş sürücülər üçün ödənişli ola bilər
Bu gün
·
16:20
SEPAH İranın hava məkanına daxil olan PUA-nı vurub
Bu gün
·
15:17
Azərbaycan vətəndaşları daha bir ölkəyə vizasız gedə biləcək
Bu gün
·
14:06
Noyabrın 23-də Bakıda yağış yağacaq
Bu gün
·
13:10
Ferstappen Las-Veqas Qran-Prisinin qalibi oldu
Bu gün
·
13:08
İlham Əliyev Livan prezidentini təbrik etdi
Bu gün
·
12:59
“SpaceX”in yük kosmik gəmisi Yerə qayıtdı
Bu gün
·
12:11
Bu gün “Neftçi” və “Qarabağ”ın oyunları var
Bu gün
·
11:41
ABŞ-də demokratların lideri Pentaqon rəhbərinin impiçmentini istədi
Bu gün
·
11:17
Azərbaycan XİN Livanı təbrik etdi
Bu gün
·
10:19