Boksçularımızdan inamlı qələbə (FOTO)

Boksçularımızdan inamlı qələbə (FOTO)
05:46 22 Fevral 2015
210 İdman
Ölkə mətbuatı
A- A+

Fevralın 21-də Quba Olimpiya İdman Kompleksində “Baku Fires” və “Puerto Riko Hurricanes” komandaları arasında keçirilən qarşılaşmada boksçularımız inamlı qələbə qazanıblar.

ANS PRESS-in AzərTAc-a istinadən məlumatına görə, Dünya Boks Seriyası (WSB) Liqasının 6-cı turu çərçivəsində keçirilən görüşdə ilk döyüş Elvin Məmişzadə (52 kq, “Baku Fires”) və Xavyer Çintron Okasio (“Puerto Riko Hurricanes”) arasında keçirilib. Bu mübarizədə rinqi Puerto Rikolu boksçu qalib tərk edib. Növbəti döyüşdə Albert Səlimov (60 kq) Angel Lopesə qalib gələrək hesabı bərabərləşdirib. Gərginliyi ilə yadda qalan Pərviz Bağırov (69 kq) Flaz Niklaus döyüşündə də “Baku Fires”in üzvü üstün olub. Qarşılaşmada dördüncü döyüş Soltan Migitinovla (81 kq) Cozef Laboy arasında keçirilib. Təmsilçimiz Soltan Migitinov rəqibinə şans verməyərək mübarizədən qalib ayrılıb. Son döyüşdə isə Enrike dos Santos Nasimento ilə qarşılaşan Arslanbek Mahmudov (91 kq-dan yuxarı) rəqibinə nokautla qalib gəlib. Beləliklə, qarşılaşma 4-1 hesabı ilə komandamızın xeyrinə başa çatıb.

Qeyd edək ki, “Baku Fires” komandası Dünya Boks Seriyasının V mövsümündə B qrupunda “İtalia Thunder”, “Astana Arlans”, “Argentina Condors”, “Caciques Venezuela”, “Puerto Rico Hurricanes”, “Rafako Hussars Poland” və USA Knockouts klubları ilə növbəti mərhələyə çıxmaq uğrunda yarışır.











Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=327525

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR