Almaniya Bundesliqasında 22-ci turun oyunları davam edir.
Qol.az-ın məlumatına görə, ikinci oyun günündə yeddi qarşılaşma baş tutub.
Lider “Bavariya” səfərdə “Paderborn”la qarşılaşıb və rəqibini 6 cavabsız qolla məğlub edib.
“Frayburq” – “Hoffenhaym”, "Şalke” – “Verder” və “Köln” – “Hannover” matçlarında 1:1 hesabı qeydə alınıb.
“Maynts” “Ayntraxt”a 3:1, hesabı ilə qalib gəlib. "Auqsburq” – “Bayer” oyununda isə 2:2 hesablı bərabərlik qeydə alınıb.
Qeyd edək ki, Bundesliqada 22-ci tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq.
21 fevral
Almaniya Bundesliqası, 22-ci tur
"Ausburq" - "Bayer" (Leverkuzen) - 2:2
Qollar: Drmiç, 8 (0:1), Kayubi, 59 (1:1), Reynarts, 85 (2:1), Hits, 90+4 (2:2)
"Frayburq" - "Hoffenhaym" - 1:1
Qollar: Höhn, 25 (1:1), Volland, 39 (1:1)
"Maynz" - "Ayntraxt" - 3:1
Qollar: Ayqner, 35 (0:1), Klemens, 38 (1:1), Qeys, 47 (2:1), Malli, 50 (3:1)
"Paderborn" - "Bavariya" - 0:6
Qollar: Levandovski, 24, 37, Robben, 63-pen. 86, Riberi, 72, Veyse, 78
"Şalke" - "Verder" (Bremen) - 1:1
Qollar: Meyer, 61 (1:0), Prödl, 90+2 (1:1)
"Köln" - "Hannover" - 1:1
Qollar: Joselu, 5 (0:1), Uyah, 17 (1:1)
20 fevral
"Ştuttqart" - "Borussiya" (Dortmund) - 2:3
Qollar: Abameyanq, 25 (0:1), Klein, 32-pen (1:1), İ.Gündoğan, 39 (1:2), Roys, 89 (1:3), Niedermeyer, 90+2 (2:3)
22 fevral
"Hamburq" - "Borussiya" (Münhenqladbax)
"Volfsburq" - "Herta" (Berlin)
1. Bavariya 22 17 4 1 59:9 55
2. Volfsburg 21 13 5 3 46:23 44
3. Borussiya M. 21 10 6 5 28:17 36
4. Şalke 22 10 5 7 32:24 35
5. Auqsburq 22 11 2 9 32:29 35
6. Bayer Leverkuzen 22 8 9 5 36:29 33
7. Hoffenhaym 22 8 6 8 34:35 30
8. Verder Bremen 22 8 6 8 36:44 30
9. Ayntraxt Frankfurt 22 7 7 8 40:44 28
10. Hannover 22 7 5 10 25:33 26
11. Mainz 22 5 10 7 30:31 25
12. Dortmund 22 7 4 11 28:31 25
13. Köln 22 6 7 9 20:25 25
14. Hamburq 21 6 5 10 14:30 23
15. Paderborn 22 5 8 9 23:41 23
16. Frayburq 22 4 10 8 24:31 22
17. Herta Berlin 21 6 3 12 26:40 21
18. Ştuttgart 22 4 6 12 23:40 18
Milli.Az