Bakı. 26 aprel. REPORT.AZ/ Rusiya və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığı olub. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Sergey Lavrov və Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə ediblər.