Bakıda Almaniya səfirliyində dava: atteşeni döydülər

Bakıda Almaniya səfirliyində dava: atteşeni döydülər
11:14 22 Fevral 2015
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyində insident olub. Lent.az-ın məlumatına görə, fevralın 19-da Nəsimi rayon Polis İdarəsi, 22-ci Polis Bölməsinə müraciət edən səfirliyin atteşesi, 1976-cı il təvəllüdlü Biernbaum Daniel Pierre xuliqanlıq əməli ilə üzləşdiyini deyib. D.Biernbaum qeyd edib ki, fevralın 19-u saat 12:20 radələrində səfirliyin İSR Plaza-nın 10-cu mərtəbəsində (Nizami küçəsi 69) yerləşən əsası ofisində Fərid adlı şəxs xuliqanlıq zəminində ona qarşı zorakılıq hərəkətləri edib. Həmin şəxs səfirlik əməkdaşını vuraraq yıxıb. Şikayətçi Fərid adlı şəxsin onu səbəbsiz yerə vurduğunu hadisənin hansı səbəbdən baş verdiyini anlamadığını da əlavə edib.

 

İlkin araşdırmalardan sonra Almaniya vətəndaşının şikayətçi olduğu şəxsin kimliyi dəqiqləşdirilib. Həmin şəxsin paytaxt sakini, 1973-cü il təvəllüdlü Fərid Nəcəfquluzadə olması müəyyən edilib.

 

 

Araşdırmalar davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194205

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR