Bakıda 186 min manatlıq cinayət

Bakıda 186 min manatlıq cinayət
13:04 22 Fevral 2015
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda daha bir dələduzluq əməli ilə bağlı polisə müraciət daxil olub. Lent.az-ın məlumatına görə, Səbail rayon Polis İdarəsinə müraciət edən paytaxt sakini, 1962-ci il təvəllüdlü Rəhimov Emin Ramiz oğlu bildirib ki, 15 mart 2014-cü il tarixində Lermantov küçəsi 46 ünvanının qarşısında tanışı 1982-ci il təvəllüdlü Rəcəbov Ramin Vaqif oğluna 185 min 710 manat dəyərində kompüter və digər avadanlıqlar verib. Lakin R.Rəcəbov artıq bir ilə yaxın vaxt keçməsinə baxmayaraq aldığı malın pulunu verməyib.

 

Müraciət əsasında araşdırmalar aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194217

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR