"Gözəgəlimli oynamaq bir o qədər də vacib deyil"

"Gözəgəlimli oynamaq bir o qədər də vacib deyil"
20:06 22 Fevral 2015
39 İdman
Ölkə mətbuatı
A- A+

19 yaşadək futbolçulardan ibarət Finlandiya və Azərbaycan yığmaları arasında bu gün keçirilmiş yoxlama oyunundan (1:1) sonra yığmamızın baş məşqçisi Nikolay Adam açıqlama verib.

ANS PRESS-in AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, o deyib ki, ötən oyunla (2:2 – red.) müqayisədə, bu dəfə komandasından daha razı qalın.

“Güclü Finlandiya yığmasına qarşı layiqli oyun göstərdik. Komanda şəklində mübarizə apardıq. Fransada keçirəcəyimiz ağır oyunları nəzərə alsaq, gözəgəlimli oynamaq bir o qədər də vacib deyil və futbolçularımız bu cür qarşılaşmalara vərdiş etməlidirlər. Çempionlar Liqası kimi nüfuzlu turnirdə belə, komandalar nəticə naminə bəzən baxımlı futbola üstünlük vermirlər. Futbolçularım hər oyunda xarakter nümayiş etdirdiyi üçün bu komandada çalışmaqdan zövq alıram” – deyə o qeyd edib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=327576

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR