Gənc parodiyaçı Ceyhun Məmmədov xalq artisti Aygün Kazımovanın ünvanına təriflər yağdırıb.
Metbuat.az-ın məlumatına görə, Ceyhunun prodüseri bu barədə şəxsi "Instagram" səhifəsində yazıb:
“30 aprel 2008-ci il, səni tanımağıma, qəlbimdə yaşatmağıma, sevginlə yaşamağıma, varlığınla nəfəs almağıma çox xoşbəxtəm. 2008-ci ildə heç ağlıma gəlməzdi ki, bu gədər küsüb, barışacağıq... Amma mənə xoşdur, bilirəm ki, hər nə olursa, sevgidən irəli gəlir. Ancaq irəli, mənim gözəl, bənzərsiz, təkrarolunmaz Kazımovam!”
Qeyd edək ki, Ceyhun xalq artistləri Aygün Kazımova, İlhamə Quliyeva, Brilliant Dadaşova, əməkdar artist Elza Seyidcahan, müğənni Xumar Qədimova, Röya və digərlərini parodiya edir.