"Report" xəbər verir ki, bu haqda "Bild" qəzeti məlumat yayıb.
Məlumata görə, solyönlülərlə sağyönlü patiyanın qurultayının işrikarçıları arasında qarşıdurma olub. Solçular "Almaniya üçün alternativ" Partiyasının qurultay nümayəndələrinin tədbirə qatılmasına mane olmaq istəyiblər.
Almaniyanın Ştutqart şəhərində baş verən qarşıdurmada polis aksiya iştikarçılarına qarşı bibər qazı tətbiq edib.
Qurultayda Almaniyanın islamlaşdırılmasına qarşı manifestin qəbul ediləcəyi gözlənilir.
Qeyd edək ki, Almaniya üçün alternativ" Partiyası 3 il əvvəl təsisi olunub. Siyasi təşkilatın rəhbərliyi hesab edir ki, 2017-ci ildə keçiriləcək seçkidə Almaniya parlamentinə düşə biləcəklər.