Yaşıl Kart üzrə bağlanılan müqavilələrin 161-i minik, 113-ü yük, 106-sı qoşqu, 4-ü avtobus, 3-ü isə motosiklet kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olub. Bağlanılan müqavilələr üzrə ən aşağı sığorta haqqı 15 manat, ən yüksək sığorta haqqı 1 200 manat təşkil edib.
Qeyd edək ki, Azərbaycan Yaşıl Kart sisteminə 2016-cı ilin əvvəlindən qoşulub. Bu ilin yanvar-mart ayları ərzində 324 beynəlxalq sığorta müqaviləsi bağlanılıb və bu müqavilələr üzrə sığorta haqlarının məbləği 55,4 min manat olub.