Gəncədə oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.

Milli.Az DİN-in saytına istinadən bildirir ki, Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 15-də Gəncə şəhərində dövlət notariat kontorlarından birindən 400 manat pul, müşahidə kamerası və ona aid avadanlıqlar oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş İbrahim Gərayev tutulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az