Rusiya nədən hədəfə çevrilib?

Rusiya nədən hədəfə çevrilib?
22:26 2 Yanvar 2015
121 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya neft istehsalını post–sovet dövründəki rekord həddə çatdırıb.

2014-cü ildə gündəlik neft istehsalı 10,58 milyon barrel olub.

Reutersin məlumatına görə, bunu Rusiyanın enerji nazirliyi bildirir.

Rusiyanın tarix boyu ən yüksək neft istehsalı isə 1988-ci ilə düşür. O vaxt Rusiyada gündə 11,41 milyon barrel neft istehsal olunub.

Həmin dövrdə Rusiya bütün SSRİ-də istehsal olunan neftin 90 faizini verirdi.

1991-ci ildə SSRİ dağılan ərəfədə neft istehsalı 9,24 milyon barrelə düşmüşdü.

2010-cu ildə Rusiya dünyanın ən böyük neft istehsalçısı sırasında Səudiyyə Ərəbistanını keçərək birinci yerə çıxdı.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR