ABŞ-da prezidentliyə Demokratlar Partiyasından namizəd olan Hillari Klinton yaxın vaxtlarda Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən sorğu-sual ediləcək.

Milli.Az azvision.az-a istinadən bildirir ki, xanım Klinton şəxsi elektron hesabını iş məqsədləri üçün istifadə etdiyinə görə dindiriləcək.

FTX-dan vurğulanıb ki, bu iş üzrə istintaq işi sona çatır. Eyni zamanda xidmətdən qeyd olunub ki, Klinton tərəfindən qanunvericiliyin qəsdən pozulmasına dair sübut yoxdur.

Xatırladaq ki, ötən ilin martında Klintonun elektron yazışması ilə bağlı siyasi qalmaqal yaşanmışdı.

Onun xidməti yazışmalar üçün şəxsi poçt ünvanından istifadə etməsi barədə informasiya Vaşinqtonda heyrətə səbəb olub və Respublikaçılar onu daxili təhlükəsizlik qaydalarını ciddi şəkildə pozmaqda ittiham edib.

Milli.Az