Azərbaycanın premium kinoteatrı "CinemaPlus" ümummillli lider Heydər Əliyevin 93 illik yubileyi münasibətilə, Vaqif Mustafayevin çəkdiyi "Heydər Əliyev - Əsl Məhəbbət Haqqında" filmini nümayiş edib.
Milli.Az bildirir ki, "Heydər Əliyev - Əsl Məhəbbət Haqqında" filmi, Vaqif Mustafayevin çəkdiyi 6-cı filmdir.
Filmdə Heydər Əliyev həyat yoldaşı oftalmoloq - alim Zərifə Əliyeva ilə bağlı xatirələrini bölüşür.
Qeyd edək ki, nümayiş olunacaq "Heydər Əliyev - Əsl Məhəbbət Haqqında" filmi müxtəlif dillərə tərcümə olunub və dünyanın bir çox ölkələrində nümayiş olunub və beynəlxalq festivallarda iştirak edib. Moskvada keçirilən 4-cü Avrasiya teleforumunda isə əsas mükafata layiq görülüb.
Film 10 may, 14:00 göstərilib. Nümayiş pulsuz idi.
Milli.Az


