"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə Rusiya FGX-nin Mətbuatla qarşılıqlı fəaliyyət üzrə şöbəsinin rəisi Dmitri Kotikov məlumat verib.
"Gömrük prosedurlarının yüngülləşdirilməsinə yönəlmiş "Sadələşdirilmiş gömrük dəhlizi" və "Şimal-Cənub" layihələrinin reallaşdırılması üzrə məsələlərin müzakirə olunması planlaşdırılır", — deyə idarə rəsmisi bildirib.
Onun sözlərinə görə, birinci layihə Rusiya və İran arasında hərəkətdə olan mal və nəqliyyat vasitələri haqqında ilkin informasiya mübadiləsini nəzərdə tutur. O artıq Moskva və Tehranda biznesə təqdim olunub.
" "Şimal-Cənub" layihəsi yüklərin ümumi uzunluğu Helsinkidən Rusiya, Azərbaycan və İrandan keçməklə Hindistanın Mumbay limanına və Cənub-Şərqi Asiyayadək 7 min km-də çox olan multimodal nəqliyyat marşrutudur", — deyə Kotikov izah edib.
O əlavə edib ki, Belyaninov İrana səfəri çərçivəsində İran biznesinin nümayəndələri ilə də görüşmək niyyətindədir.