Rus müğənnisi Serqey Lazarev "Avroviziya"dan sonra öz pərəstişkarlarına videomüraciət ünvanlayıb.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, müğənni müraciətində müsabiqədə ona dəstək verən bütün pərəstişkarlarına təşəkkür edib. Lazarev bir neçə söz də Camalaya ünvanlayıb.
"Mən hamıya təşəkkür etmək istəyirəm. Kim mənim üçün narahat olurdu, kim mənim üçün səs verirdi çox sağ olsun. Əlbəttə, Camalanı da təbrik edirik", - deyə Lazarev söyləyib.
Lazarevin fikrincə, belə müsabiqədə üçüncü yer əla nəticədir və tamaşaçı səsverməsində birinci yer də həmçinin çox yaxşıdır.
Serqey Lazarev müsabiqənin yekun nəticəsinə görə üçüncü yeri tutub. Müğənni peşəkar münsiflər heyətinin səsverməsində beşinci yerə layiq görülüb, ancaq izləyicilərin səsinə görə Serqey Lazarev birinci olub.
Milli.Az