"Report"un məlumatına görə, bununla bağlı qərar parlamentin mayın 17-də keçirilən iclasında qəbul olunub.
Qərara əsasən, deputat Sona Əliyeva Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvlüyündən azad edilib. O, parlamentin Daxili Nizamnaməsinin 36-cı maddəsinin üçüncü hissəsinə uyğun olaraq komitənin tərkibindən çıxarılıb.
S.Əliyeva bundan sonra parlamentin İnsan hüquqları komitəsinin tərkibində fəaliyyət göstərəcək.