Azərbaycanın tanınmış rəqqasəsi Fatimə Fətəliyeva Amerikadan Bakıya qayıdıb.

Milli.Az-a açıqlama verən ifaçı bildirib ki, Amerikada möhtəşəm konsert proqramında çıxış edib və mükafatlar qazanıb: "Bu günə qədər dünyanın müxtəlif ölkələrində Azərbaycan milli rəqsini layiqli şəkildə təqdim etmişəm. Bunun üçün də hər zaman qürur duymuşam.

Müxtəlif ölkələrdə olsam da, bu mənim Amerikaya ilk səfərim idi. Bizi orada çox gözəl qarşıladılar. Amerikada özümə yeni dostlar qazandım. Konsertə gəlincə isə hər şey çox gözəl və peşəkar şəkildə təşkil edilmişdi. Həmin konsertdə "Sarı gəlin" rəqsimlə yanaşı, daha üç rəqsimi nümayiş etdirdim. Çıxışım alqışlarla qarşılandı və Novruz bayramında da Amerikada keçiriləcək tədbirə dəvət aldım. Çıxışım gözəl qarşılandığına görə mənə mükafatlar da verdilər. Bütün bunlara görə konsertin təşkilatçısı Frida xanıma təşəkkür edirəm. Gecədə sənətçi dostum Rüfət Axundovun da möhtəşəm çıxışı oldu. Onunla birgə yola çıxmaq mənim üçün xoş oldu. Amerikada gəzmək üçün az vaxt olsa da gəzə bildik".

Digər şou-biznes və maraqlı xəbərləri oxumaq üçün Milli.Az Şou Facebook səhifəmizə üzv olun.

Milli.Az

Rəqqasə Fatimə Amerikadan "əlidolu" qayıtdı - FOTOlar