Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakıda dələduzluq əməlinə görə yaxaladığı şəxslərdən birinin futbolçu olduğu üzə çıxıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, həmin şəxs 1995-ci il təvəllüdlü Arnaud Ziepop Patrikdir. Kamerundan olan Patrik bu ilin mart ayında Azərbaycana gəlib. O, peşəkar futbolçudur. Mali, Mərakeş, Zimbabvenin əsas liqalarında və ardınca Fransanın aşağı divizion klublarında çıxış edən Patrik bir müddət əvvəl musavat.com-a müsahibəsində deyib ki, Fransanın tanınmış klublarından olan "Laval"a transfer ediləcəyi ərəfədə meneceri tərəfindən aldadılıb.

21 yaşlı kamerunlu onu da bildirib ki, hazırda Bakının "İnter" futbol klubu ilə danışıqlar aparır və bu kluba transfer oluna bilər.

Milli.Az

Azərbaycanda 1 dolları 2 dollara çevirən şəxs peşəkar futbolçu imiş - FOTO