Yeni "Azərişıq" tətbiqi vasitəsi ilə abonentlər elektrik enerjisi sərfiyyatlarını görə, elektrik enerjisinə görə aylıq fakturaları izləyə, elektron müraciyət göndərə, elektrik enerjisi borcunu onlayn ödəyə, “smart” sayğac istifadəçilərinin onlayn balanslarını öyrənə və artıra biləcəklər.
Qeyd edək ki , proqram Azərbaycan, rus və ingilis dillərində istifadəyə verilib. Proqramı “PlayStore” və "Apple Store"dan ödənişsiz yükləmək mümkündür.