Bakı, 24 fevral, AzərTAc
İcbari Sığorta Bürosu 2013-cü il fevralın 27-də Sabirabad-Həşimxanlı-Qaragüney avtomobil yolunun 7-ci kilometrində baş vermiş yol-nəqliyyat hadisəsində sağlamlığına dəyən zərərlə əlaqədar Azərbaycan Respublikasının vətəndaşına 500 (beş yüz manat) məbləğində kompensasiya ödənişi verib.
Sığorta Bürosundan AzərTAc-a bildiriblər ki, kompensasiya ödənişi poçt vasitəsi ilə fevralın 20-də köçürülüb.