“Report”a Komitənin mətbuat xidmətindən bildirilib ki, qəbulda yalnız Yardımlı, Cəlilabad, Masallı və Biləsuvar rayonlarından olan vətəndaşlar iştirak edə bilər. Vətəndaş qəbulunda müstəsna olaraq Komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq. Qəbul Yardımlı şəhərində yerləşən Hüydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar Komitənin office@emdk.gov.az elektron ünvanına yaza və ya telefonla əlaqə saxlaya bilərlər.