"Arsenal"ın ulduzu "İnter"də

"Arsenal"ın ulduzu "İnter"də
11:37 3 Yanvar 2015
156 İdman
Ölkə mətbuatı
A- A+

"Arsenal"ın ulduz futbolçusu Lukas Podolski "İnter"ə transfer olub
Milli.Az anspress-ə istinadən xəbər verir ki, italyan klubu rəsmi olaraq futbolçu ilə razılıq əldə etdiyini açıqlayıb. Bu açıqlamadan sonra Podolski müqavilə imzalamaq üçün Milana yollanıb.

Qış transfer dövründə adı ən çox gündəmə gələn Podolski Roberto Mançini ilə yenidən işləmək şansı əldə edib. Yeni ildən etibarən İtaliya liqasında "İnter"in forrmasını geyəcək futbolçu klubda icarə əsasında çıxış edəcək.

Razılığa əsasən, 6 aylıq "İnter"in formasını geyəcək futbolçu Milanda sağlamlıq testindən keçdikdən sonra rəsmi müqavilə imzalayacaq.

Qeyd edək ki, Podolski 6 yanvardakı "İnter" - "Yuventus" matçında oynaya biləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/317009.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR