Bakıda qanunsuz fəaliyyət göstərən un məmulatı sexi aşkarlanıb.
Milli.Az bu barədə DİN-in rəsmi saytına istinadən məlumat verir.
Məlumata görə, Yasamal Rayon Polis İdarəsi (RPİ) 26-cı Polis Bölməsinin əməkdaşları M.Əliyev küçəsindəki evlərdən birinin zirzəmisində Bakı şəhər sakini Yusif Bəkirova məxsus qanunsuz fəaliyyət göstərən un məmulatı sexi aşkar ediblər.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az