Müğənni Elçin Cəfərov “Mənim nəğmələrim hamının deyil” adlı yeni mahnısını təqdim edib.

Axşam.az-ın məlumatına görə, bəstəni ilk dəfə “Hər şey daxil” verilişində səsləndirən sənətçi sözlərinin qayınatası, keçmiş millət vəkili Sabir Rüstəmxanlıya aid olduğunu deyib:

“Nəğmənin sözləri Sabir Rüstəmxanlınındır. Onun 70 illik yubileyinə hazırlamışdım”.

Qeyd edək ki, E.Cəfərov S.Rüstəmxanlının qızı Aydanla ailə qurub.