Laosda avtobusda partlayış baş verib, 9 vyetnamlı ölüb
Paylaş
52 baxış·1 dəq oxu
Bakı. 2 iyun. REPORT.AZ/ Laosda avtobusda baş verən partlayış nəticəsində Vyetnamın 9 vətəndaşı ölüb, 3-ü yaralanıb. "Report" TASS-a istinadən xəbər verir ki, vyetnamlılar qonşu Laosa gəzməyə gəliblər. Məlumata görə, partlayış iki ölkənin sərhədindəki Laosun Çalo keçid məntəqəsində baş verib. Hüquq-mühafizə orqanları partlayışın səbəblərini araşdırır.