Laosda avtobusda baş verən partlayış nəticəsində Vyetnamın 9 vətəndaşı ölüb, 3-ü yaralanıb.

Milli.Az report-a istinadən bildirir ki, vyetnamlılar qonşu Laosa gəzməyə gəliblər.
Məlumata görə, partlayış iki ölkənin sərhədindəki Laosun Çalo keçid məntəqəsində baş verib.
Hüquq-mühafizə orqanları partlayışın səbəblərini araşdırır.

Milli.Az