Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, Qərbi Afrikada ölümcül Ebola virusu ilə əlaqədar artıq 6 aydır ki, müşahidə olunan böhranlı vəziyyət sona çatıb. Liberiya hökuməti virusa nəzarət etdiklərini bildirib. Vəziyyətlə əlaqədar qonşu Syerra-Leone və Qvineya ilə sərhədlər də açılıb və karantin saatı ləğv edilib. Bölgə insanları isə, epidemiyanın qarşısının alınması ilə əlaqədar sevinclərini gizlətmirlər.Liberiya hökuməti virusa nəzarət etdiklərini bildirib
Liberiyada insanlar normal həyatlarına - gündəlik fəaliyyətlərinə geri dönüblər. Artıq heç kim epidemiyaya görə narahat olmur.
Region ölkələri virusa tamamilə qalib gəlmək üçün beynəlxalq ictimaiyyətə müraciət ediblər.
Ümumdünya Səhiyyə Təşkilatının rəsmi statistikasına görə virus indiyə 9 mindən çox insanın həyatına son qoyub. Ebola virusu əsasən, Liberiya, Qvineya və Syerra-Leonedə təhlükəli həddə çatmışdı.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.

