Politoloqun sözlərin görə, bütün tarixi faktların inkar etdiyi bir məsələyə bundestaq səviyyəsində verilən qərar tarixi obyektivlik prinsiplərini özündə əks etdirmir: “Çünki "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada göstərildiyi kimi Soyqırım- etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsidir ki, buna da əsaslanıb 1915-ci il hadisələrini heç vəchlə soyqırım adlandırmaq olmaz. Əslində, Almaniya kimi siyasi və iqtisadi reformların daim həyata keçirildiyi ölkənin bundestaqının bu cür qərar qəbul etməsi onun nüfuzuna, xüsusəndə siyasi reputasiyasına xələl gətirə bilər”.
Əli Qənbərli qeyd edib ki, Almaniya bu qanun layihəsini qəbul etməklə bir növ Dağlıq Qarabağ probleminin həlli məsələsində də, tərəfli olduğunu nümayiş etdirmiş oldu: “Almaniya ən azından Minsk qrupunun üzvlərindən biri olaraq bu məsələni tarixçilərin ixtiyarına verməli idi. Digər tərəfdən bu qanun layihəsinin qəbulunu qərəzli yanaşma adlandırsaq yanılmarıq. Məsələyə ədalət prinsipləri nöqteyi-nəzərindən yanaşsaq, ermənilərin azərbaycanlılara qarşı törətdiyi etnik soyqırım siyasətinin 1915-ci ildə baş vermiş hadisələrin yaşı qədər çox deyil, daha sonrakı tarixlərdə törədildiyini görə bilərik. Əgər, Almaniya həqiqət axtarışında olsaydı ermənilərin həyata keçirdiyi soyqırım və qırğınlarla bağlı qətnamə qəbul edərdi. Göründüyü kimi burda ədalət və obyektivlikdən söhbət belə gedə bilməz”.