"Report" xəbər verir ki, bu barədə tədbir təşkilatçılarına istinadən "Welt" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, 8 nəfər ciddi xəsarət alıb. Onlardan biri hətta əməliyyat olunub. Hadisə yerinə polis, yanğın xidməti və "təcili yardım" əməkdaşları cəlb olunub.
Hava şəraitinin pis olması səbəbindən konsert 1 saat yarım dayandırılıb. Qərar təşkilatçılar tərəfindən qəbul olunub.
3-5 iyun tarixlərində keçirilən festivala gələnlərin sayının təqribən 90 min nəfər olduğu bildirilir.