KİV: İstanbulda avtobus dayanacığının yaxınlığında partlayış baş verib
Paylaş
73 baxış·1 dəq oxu
Bakı. 7 iyun. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində avtobus dayanacağının yaxınlığında partlayış baş verib, xəsarət alanlar var. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir. Məlumata görə, partlayış İstanbulun Vezneciler rayonunda baş verib. Hadisə yerinə polis və təcili tibbi yardım maşınları gəlib.