"Porto" və İspaniya milisinin qolkiperi İker Kasilyas karyerasını Buffonla eyni vaxtda başa vurmaq istəyir. Bu barədə "Gazzetta dello Sport"a danışan 35 yaşlı qapıçı italyan həmkarı ilə yoldaşlıq görüşü təşkil etmək istəyini də ifadə edib.
Milli.Az goal.az-a istinadən bildirir ki, Buffon daha öncə 2018 mundialından sonra əlcəklərini mismardan asacağını bildirmişdi.
"Buffon karyerasını bitirən kimi mən də təqaüdə çıxacam. Canluici "Juventus"la yeni müqavilə imzaladı, bu da məni sevindirir. Biz karyeramızı başa vurandan sonra dostlarımızla gözəl bir oyun keçirəcəyik", - Kasilyas deyib.
Milli.Az