"Ortada olmaq gündəmdə olmaq demək deyil. Mən kənarda olanda da gündəmdə qala bilirəm. Bu da hörmətin bir əlamətidir. Özünə hörmət etmək lazımdır. Sənətinə, qarşındakına hörmət etməlisən".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Xumar Qədimova "Star life" verilişinə açıqlamasında deyib.

İfaçı insanlara vəfalı olmasından danışıb:

"Heç kim deyə bilməz, Xumar fanidir, vəfasızdır, unutqandır, yalandır. Vəfalıyam, bunu görməyən insan deyil. İstəsəm də, vəfasız ola bilmərəm. Amma vəfalılara vəfalıyam".

X.Qədimova yay istirahətini necə keçirəcəyi ilə bağlı sualları da cavablandırıb:

"Xüsusi hazırlaşmıram. Harayasa gedə də bilərəm, evimdə də dincələ bilərəm. Ya da elə ola bilər ki, hamı istirahətdən qayıdanda mən harayasa uçum. Təki işlər belə yaxşı getsin".

Digər maqazin və maraqlı xəbərləri Milli.Az Şou Facebook səhifəmizdən izləyin.

Milli.Az