“Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin müavini Səyavuş Heydərov deyib.
O bildirib ki, indiyədək təqvimlə bağlı ciddi pozuntu aşkar edilməyib: “Düzdür, bəzi anlaşılmazlıq olub, amma bu, pozuntu deyil. Belə izah edirlər ki, təqvimi əldə edə bilməyiblər. Anlaşılmazlıq Qazaxda və Şimal-Qərb bölgəsində olub. Hazırda monitorinqlərimizi davam etdiririk. Qeyd edim ki, rəsmi din xadimləri tərəfindən təqvimin pozulmasına yol verilməyib. Bu, müəyyən qruplar tərəfindən olub”.