"Zirə"nin sabiq hücumçusu Nelson Bonillanın Portuqaliya klubu "Nasional"a keçidi rəsmiləşib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yeni komandası ilə 3 illik müqavilə bağlayan salvadorlu futbolçunun təqdimatı keçirilib.
Bonilla tibbi müayinədən keçdikdən sonra "Nasional"la rəsmi müqaviləyə qol çəkib.
25 yaşlı futbolçu bununla bağlı "İnstagram" səhifəsində status paylaşıb: "Allaha şükür, artıq deyə bilərəm ki, rəsmən "Nasional"ın oyunçusuyam. Bu kluba keçidimdə rolu olan hər kəsə təşəkkür edirəm. Ölkəmi yaxşı təmsil etmək üçün öz üzərimdə çox çalışacağam. Mənə güvəndiyinə görə agentimə də minnətdaram".
Milli.Az