Dünya pop-musiqisinin kralı, mərhum Maykl Ceksonun manyak, uşaqbaz və əxlaqsız insan olduğu aşkarlanıb.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Radar Online 2003-cü ilin noyabrında Maykl Ceksonun ABŞ-ın Kaliforniya ştatındakı "Neverlend" rançosunda polisin apardığı axtarışın nəticələrinin əks olunduğu hesabatı dərc edib.
Cekson o zamanlarda həddi-büluğa çatmamışları tovlamaqda və onlara təcavüzdə suçlanırdı. Fəqət istintaq materialları yalnız indi açıqlanıb.
Hesabatda bildirilir ki, rançoda azyaşlıların pornofotolarından ibarət geniş "kolleksiya" varmış. Fotolarda çılpaq uşaqlar, yeniyetmələr və kişilər var.
Ceksonun yataq otaqlarından birində və vanna otağında belə əxlaqsız materialların olduğu 7 saxlanc vardı.
Fotolar arasında 19-cu əsrin sonlarında çəkilən, çılpaq yeniyetmələrin əks olunduğu şəkillər də var.
"Kolleksiya"da sadomazoxist şəkillər, heyvanlara işgəncə verildiyi anların əks olunduğu fotolar da az deyil.
Polisdən verilən məlumata görə, Maykl Cekson bu fotolardan və rəsmlərdən azyaşlıları tovlamaq üçün istifadə edirmiş.
Santa-Barbara prokurorunun köməkçisi Ron Zonen deyib: "Bu materialların əksəriyyətindən azyaşlıları və yeniyetmələri manipulyasiya etmək üçün istifadə ediblər. Maykl Cekson illər boyu azyaşlı oğlanlara təcavüz etdiyini etiraf edib. Biz seksual zorakılığa məruz qalmış 6 oğlanı müəyyənləşdirdik. Maykl Ceksonun həddi-büluğa çatmamışlara təcavüz etməsinə zərrə qədər şübhə yoxdur".
2005-ci ildə Maykl Cekson bu ittihamlarla bağlı bəraət almışdı. Zərərçəkənlərdən biri təzminat qismində 22 milyon dollar alandan sonra onun vəkilləri iddiadan imtina etmişdilər.
Maykl Cekson 2009-cu ilin iyunun 25-də Los-Ancelesdə, 50 yaşında keçinib.
Ölümdə onun şəxsi həkimi Konrad Mürrey suçlanmış və 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Milli.Az




















