Azərbaycan müdafiə naziri İran tərəfinə başsağlığı verib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, general-polkovnik Zakir Həsənov İranın Neyriz bölgəsində avtobusun dərəyə aşması nəticəsində çox sayda hərbi qulluqçunun həlak olması və xəsarət alması ilə bağlı İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri general-mayor Hüseyn Dehqana və dost ölkənin Baş Qərargah rəisi general-leytenant Seyid Həsən Firuzabadiyə başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyindən 19 hərbçinin ölümü ilə bağlı başsağlığı

İranda avtobus qəzası: 19 ölü

Başsağlığında bildirilir: "Dost İran İslam Respublikasının Neyriz bölgəsində avtobusun dərəyə aşması nəticəsində çoxlu sayda hərbi qulluqçunun həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi.

Həlak olanlara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara şəfa diləyirəm".