"Report" xəbər verir ki, səfər zamanı Ştaynmayerin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Azərbaycan prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə mövzusu olacaq.
Görüşlərdən sonra birgə mətbuat konfransı keçiriləcək.
Alman nazir ötən gün Ermənistanda səfərdə olub.