Bakı. 30 iyun. REPORT.AZ/ "Ali təhsil sistemində mədaxil olan gəlirlərin 80%-i əmək haqqı fonduna yönəlir".
"Report"un məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, ali mətkəblərə bütövlükdə təhsil haqqı kimi daxil olan təxminən 100 manat vəsaitin 80 manatı müəllimlərin və professorların maaşlarına istiqamətlənir: "Bu rəqəm ali məktəblər arasında dəyişir. Ümumilikdə universitetlərdə pedaqoji kadrların əmək haqlarına aid olan xərc 80% təşkil edir. Qalan vəsait isə ali təhsil ocaqlarının əsaslı təmirinə, maddi-texniki bazasının maliyyələşdirilməsinə və s. yönəldilir"