Bakı, 26 fevral, Günel Əfəndiyeva,AzərTAc
Fevralın 26-da Azərbaycan Milli İncəsənət Muzeyində Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş musiqili ədəbi-bədii gecə keçirilib.
AzərTAc xəbər verir ki, Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar keçirilən anım gecəsində Azərbaycan Dövlət Kamera Orkestrinin rəhbəri, Bülbül adına Orta İxtisas Musiqi məktəbinin direktoru Teymur Göyçəyevin rəhbərliyi ilə şagirdlərin ifasında şəhidlərin ruhuna ehtiram əlaməti olaraq “ Qarabağ şikəstəsi”, “Sarı gəlin”, xalq artisti, əməkdar incəsənət xadimi Vasif Adıgözəlovun “Şuşam, laylay” və başqa musiqi əsərləri səsləndirib.