"Report" Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinə istinadən xəbər verir ki, BUAK sədri, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü Rövşən Tağıyev bildirib ki, bu il iyun ayının 2-dən 3-nədək Bakı şəhərində keçirilən Dünya Azərbaycanlılarının 4-cü qurultayı dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox soydaşlarımızın növbəti birlik və həmrəylik təntənəsinə çevrildi. Onun sözlərinə görə, qurultayda prezident İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn tapşırıq və tövsiyyələrin həyata keçirilməsi üçün qarşıda duran vəzifələrdən söz açıb. Dağlıq Qarabağ və Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılması,yerli televiziya və kütləvi informasiya vasitələri ilə səmərəli işin qurulması, həftəsonu Azərbaycan dili məktəblərinin aşılması istiqamətində yeni fəaliyyət proqramının hazırlandığını diqqətə çatdıran diaspora rəhbəri, qurultayda səslənən hər bir fikrin və ideyanın dünaya Azərbaycanlılarının birlik və həmrəylik məvkurəsinə xidmət etdiyini vurğulayıb: “Dünya Azərbaycanlılarının 4-cü qurultayı çağdaş Azərbaycan tarixinin növbəti birlik və həmrəylik səlnaməsinə çevrildi. Azərbaycan prezidenti, cənab İlham Əliyevin tarixi çıxışı dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir soydaşımızda böyük iftixar hissi yaratdı. Bununla yanaşı möhtərəm prezidentimiz dünya Azərbaycan diaspora təşkilatlarının səmərəli fəaliyyət göstərmələri üçün proqram xarakterli tapşırıq və tövsiyyələr verdi. Hər bir Azərbaycanlının arxasında Azərbaycan kimi qüdrətli bir dövlətin durduğunu bildirərək, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında diaspora təşkilatlarımızın üzərinə düşüən tarixi missiyanın koordinatlarını açıqladı. Mən çox şadamki,qurultayda cənab prezidentimizin sərəncamı ilə dövlətimizin ən ali mükafatlarından sayılan Tərəqqi Medalla təltif olundum. Bu tək mənə deyil,ümumilikdə Ukraynada fəaliyyət göstərən bütün Azərbaycan diasporunun fəaliyyətinə verilən yüksək qiymətdir.Bu təlfif həmdə bizim qarşımızda tarixi vətənimiz naminə daha səmərəli işlər görmək üçün böyük məsuliyyət qoyub.”
Azərbaycan diaspora fəallarının və gənclərin iştirak etdiyi toplantıda Azərbaycan respublikasının prezidenti İlham Əliyevin qurultayda sölədiyi tarixi çıxışın video yazısı nümayiş etdirilib. Dölət başçısının proqram xarakterli nitqi soydaşlarımız tərəfindən böyük çoşqu və ruh yüksəkliyi ilə qarşılanıb. Toplantıda Poltava vilayət radasının deputatı Fəxrəddin Muxtarov, Dnepr Azərbaycanlıları Konqresinin sədri Qüdrət Hacıyev, Konqresin sədr müavinləri Nəcəf Əhmədov, Zöhrab Cəfərov, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Dnepr Vilayət təşkilatının sədri Elza Bəkirova və digər soydaşlarımız çıxış edərək, quraltayla bağlı xoş və yadda qalan təəssüratlarını bölüşüblər.
Qurultayın qarşıya qoyduğu vəzifələrin geniş müzakirə olunduğu toplantıda, bu ilin sentyabr ayından etibarən Ukraynanın müxtəlif vilayət və şəhərlərində Azərbaycan dilində həftəsonu məktəblərin açılması və Konqresin nəzdində analitik informasiya mərkəzinin yaradılması ilə bağlı qərar qəbul olunub.










