"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu "Gallup International Association" şirkətinin keçirdiyi sorğunun nəticələri sübut edir.
Keçirilmiş sorğuya əsasən, respondentlərin 79,6%-i Milli Məclisin (parlamentin), 77,4%-i hökumətin, 68,3%-i isə prezidentin fəaliyyətindən narazıdır.
Eyni zamanda, respondentlərin 26%-i dövlət başçısının, 17,6%-i hökumətin, 15,2%-i isə parlamentin fəaliyyətindən razılığını bildirib. Rəyi soruşulanların 5%-i bu suallara cavab verməkdə çətinlik çəkib.
Son beş ildə Ermənistanda ümumi vəziyyətin dəyişməsinə gəlincə, respondentlərin 66,9%-i onun qismən və ya əhəmiyyətli dərəcədə pisləşdiyini bildirib. Rəyi soruşulanların 8,1%-i müsbət addımlar görüb, 24,2% isə heç nəyin dəyişmədiyini vurğulayıb.
Xatırladaq ki, sorğu Yerevanda və Ermənistanın regionlarında 1106 respondent arasında aparılıb. Bu, Ermənistanda 2017-ci ildə baş tutacaq parlament seçkiləri ərəfəsində "Gallup International Association" şirkətinin seçki prosesləri öncəsi ölkədəki mənzərəni canlandırmaq üçün keçirdiyi ilk ictimai rəy sorğusu olub.