2014-ci ildə ekranlara gələn "Kaçak gelinler" serialıyla milyonların sevgisini qazanan və hazırda "Rengarenk" serialıyla pərəstişkarlarının qarşısına çıxmağa hazırlanan məşhur aktrisa Selin Şekercinin xəstə olması ilə bağlı xəbər vermişdik.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sosial mediada fotosunu paylaşan aktrisa hisslərini izləyiciləri ilə bölüşüb:
"Tətil vaxtı xəstə olmaq da başqa bir şeydir. Bəzən hər şey o qədər pisdir ki, düzəltmək üçün tükünü belə tərpətmək istəmirsən. Bax elə o ruh halındayam. Bir gün bu da bitər, sakitliyi qorumaq lazımdır. Daha pisini görmədiksə, dadını çıxaraq..."
Milli.Az